Bu şəhərdə prospekt və küçələrdə təmir ediləcək - 1,7 milyonluq LAYİHƏ
Göyçay şəhərində bir sıra küçə və prospektlərdə əsaslı və cari təmir işləri həyata keçiriləcək.
BAKU.WS-in məlumatına görə, layihələr Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən reallaşdırılacaq.
Görüləcək işlərə əsasən şəhərin prospekt və küçələrində asfalt örtüklü yolların və səkilərin əsaslı təmiri, həmçinin divar və hasarların bərpası nəzərdə tutulur.
Ümumilikdə, əsaslı və cari təmir işlərinin ümumi dəyəri 1,7 milyon manatdan çoxdur. Bu vəsaitin 1,26 milyon manatı yol və səki örtüklərinin yenilənməsinə, 450 min manatdan çoxu isə cari təmir və bərpa işlərinə yönəldiləcək.
Layihələrin məqsədi şəhərin küçə və prospektlərinin infrastrukturunu yaxşılaşdırmaq, əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.
Oxşar xəbərlər
Müəllimlərdən etiraz: "İndi dərs saatımız 8 manat 30 qəpikdən hesablanacaq"
Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecin bir qrup əməkdaşı rəhbərliyin əmək müqavilələrində dəyişiklik etdiyini iddia edir. BA...