Bu küçə və prospektlər İŞIQLANDIRILACAQ

Bu küçə və prospektlər İŞIQLANDIRILACAQ
Sosial 69

Ağcabədi Rayon İcra Hakimiyyəti şəhərin küçə və prospektlərində abadlıq və işıqlandırma işlərinin aparılması üçün tender elan edib.

BAKU.WS-in məlumatına görə, Müsabiqənin ümumi dəyəri 634 min 969 manat olaraq müəyyənləşdirilib.

Layihə çərçivəsində Cəfər Cabbarlı küçəsində bir sıra işlər görüləcək. Bunlara mis içlikli kabellərin çəkilməsi, elektrik açarlarının və çıxış göstəricilərinin quraşdırılması, LED işıqlandırıcıların yerləşdirilməsi, işıqlandırma xətlərinin yenilənməsi və anker boltların quraşdırılması daxildir.

Qeyd edək ki, şəhərdə işıqlandırma sistemlərinin yenilənməsi həm sakinlərin rahatlığı, həm də təhlükəsizliyi baxımından mühüm addım hesab olunur. Yeni işıqlandırma xətləri və müasir LED lampalar gecə saatlarında yol-nəqliyyat təhlükəsizliyini artıracaq, şəhərin ümumi görünüşünü yaxşılaşdıracaq.

Son xəbərlər