Bu gün Beynəlxalq Dənizçilər Günüdür

Hər il iyunun 25-i dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd olunur. Həyatını çətin və şərəfli peşəyə həsr etmiş, cəmiyyətimizin fəal üzvləri olan və iqtisadiyyatımızın inkişafında böyük rol oynayan dənizçilər peşə bayramlarını hər il olduğu kimi, bu il də böyük ruh yüksəkliyi ilə qeyd edir.
Beynəlxalq Dənizçilər Günü 2010-cu ildə BMT-nin tərkibinə daxil olan Beynəlxalq Dəniz Təşkilatının nümayəndələri tərəfindən təsis edilib.
İlk dəfə 2011-ci ildə onlayn rejimində qeyd olunub. Həmin vaxt Ümumdünya Dəniz Təşkilatı hər kəsdən xahiş edib ki, Beynəlxalq Dənizçilər Günü sosial şəbəkələr vasitəsilə dünyanın hər yerinə yayımlansın və hər yerində qeyd olunsun.
Həmin vaxtdan etibarən Beynəlxalq Dənizçilər Günü hər il iyun ayının 25-də qeyd olunur. Dənizçilər Gününün dünya miqyasında qeyd olunması dənizçilərə olan hörmətin, ehtiramın və qayğının bariz nümunəsidir.
Qeyd olunma müddətinə görə Beynəlxalq Dənizçilər Günü gənc bayramlar sırasında yer alıb və BMT-nin illik tədbirlər siyahısına əlavə olunub.
Azərbaycanda da Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə "Dənizçi Günü" peşə bayramı təsis olunub.
Qeyd edək ki, hazırda dünyada yüklərin təqribən 90 faizi dəniz yolu ilə daşınır. Dünya sularında üzən gəmilər vasitəsilə gün ərzində müxtəlif təyinatlı məhsullar daşınır. Dəniz vasitəsilə həyata keçirilən ticarət qlobal iqtisadiyyata da öz töhfəsini verir.
Azərbaycanın sürətli inkişafında dənizçilərin də xüsusi əməyi var.
Qədim və zəngin dənizçilik tarixinə malik olan respublikamızda qabaqcıl dəniz dövlətləri ilə rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması bu sahədə yeni-yeni uğurların əldə olunacağını və davamlı inkişafın təmin ediləcəyini əminliklə söyləməyə imkan verir.
Oxşar xəbərlər
Bakıda mənzillər və kirayə evlər BAHALAŞIB - QİYMƏTLƏR
2025-ci ilin iyun ayında Azərbaycanda əmlak bazarı stabil və nisbi canlanma ilə müşahidə olunur. Yay mövsümünün başlaması və ipoteka imkanlarının genişlənməsi a...
