Bu gün Balaş Qasımovun ad günüdür

Bu gün Balaş Qasımovun ad günüdür
Sosial 47

Bu gün İctimai Televiziyanın baş direktoru Balaş Qasımovun (Balakişi Qasımov) 46 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, Balaş Ələkbər oğlu Qasımov 1978-ci ilin bu günü yəni, oktyabrın 20-də Bakıda anadan olub.

O, Bakı şəhər 1 saylı orta məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.

2004-cü ildən klub oyunlarının iştirakçısıdır. "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.

2004-cü ildə "Nə? Harada? Nə zaman?" oyununun idman variantı üzrə dünya çempionu olub.

"Nə? Harada? Nə zaman?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə və 2002-ci ildə Breyn Rinq üzrə Azərbaycan çempionu, Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.

Beynəlxalq "Nə? Harada? Nə zaman?" Klubları Assosiasiyası tərəfindən 2010-cu ildə "İlin adamı" seçilib.

Balaş Qasımov 2018-ci ilin may ayından İctimai Televiziyanın baş direktorudur. O, 2019-cu il aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

BAKU.WS komandası olaraq Balaş Qasımovu təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq!

Son xəbərlər