Bu ərazilərdə qarın hündürlüyü 9 santimetrə çatıb - FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Neftçala və Şəmkirdə 20 m/s, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dək güclənib.
Dağlıq ərazilərə qar yağır, qar örtüyünün hündürlüyü Şahdağda 9, Qaxda (Sarıbaş) 5, Qusarda (Laza) 4, Qrızda 3, Xınalıqda 2, Daşkəsən və Xaltanda 1 sm-dir.
Düşən yağıntının miqdarı isə Zaqatalada 72, Balakəndə 50, Şəkidə 40, Şəmkirdə 25, Tovuzda 24, Gədəbəydə 21, Gəncədə 18, Oğuzda 17, Göygöl və Qəbələdə 15, Bakıda və Abşeron yarımadasında 8, Quba, Sabirabad, Lerik, Qobustan və Şahbuzda 5, Ağstafa, Yardımlı və Lənkəranda 4, Mingəçevir, Beyləqan, Goranboy, Cəfərxan, Ceyrançöl və Şərurda 3, Tərtər, İmişli, Sədərək və Culfada 2, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Şuşa, Laçın, Xocalı, Füzuli, Kəlbəcər, Astara, Naftalan, Şabran, Ordubad və Naxçıvanda 1 mm-dir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-də 7, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Bakıda qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq iri məbləğdə cərimələnib
Bakıda fəaliyyət göəstərən "Dr.Elnara" MMC-nin rəhbəri Elnarə Rzayeva kosmetoloji tibb fəaliyyəti üçün lisenziya almadan qanunsuz fəaliyyət göstərib. BAKU.WS Te...
