Bu dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verilib
21
okt
2017
09:00
Azərbaycanın bir sıra dövlət qurumlarında xidməti avtomobillərdən istifadəsinə xitam verilib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarına edilən dəyişiklikdə deyilir.Sənəddə Milli Arxiv İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarələri nəzərdə tutulur və onların ixtiyarında 7 ədəd xidməti avtomobil var.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslərin maaşı artdı
Nazirlər Kabineti "Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara...