Bölgələrə gedənlərə VACİB MÜRACİƏT

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində göstərilən xidmətlərlə bağlı əhaliyə müraciət edib.
Bu barədə BAKU.WS-ə idarədən məlumat verilib.
Bildirilib ki, bayramla əlaqədar qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, avtomobillərin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat, nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə isə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcək.
"Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər
Genetik kodlarla yazılmış talelər: Qohum evlilikləri ilə bağlı sərt tədbir görülməsi vacibdir?
Baku TV-nin "Aktual gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında 1 iyuldan etibarən qohum evliliklərinin qadağan olunması il...