Binəqədi şosesində 21 piyada keçidi təşkil edilib - FOTO
21
dek
2017
20:43
Binəqədi şosesində aparılan yenidənqurma işləri çərçivəsində 13 avtobus dayanacaq məntəqəsi təşkil edilib.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, dayanacaq məntəqələrindən 10-da yeni pavilyon quraşdırılıb.Pavilyonlara Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı maarifləndirici lövhələr vurulub. Avtobusların digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan dayanacaq məntəqələrinə rahat giriş-çıxışını təmin etmək məqsədi ilə yol boyu 9 yerdə cib təşkil edilib. Bütün məntəqələrdə yoldan dayanacaq məntəqəsinin ünvanı, oradan keçən marşrut xətləri ilə bağlı məlumat qeyd edilib. Ümumilikdə, yolda 21 ədəd eynisəviyyəli piyada keçidi təşkil edilib.Bildirilir ki, görülən işləri BNA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə həyata keçirib.BAKU.WS
Oxşar xəbərlər
Bakıda bu yollarda işarələr dəyişdirildi (FOTO)
Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında nəqliyyatın və əhalinin rahat, təhlükəsiz eləcə də maneəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirlərini d...