Bəzi hallarda gömrük rüsumları geri qaytarılacaq: Yeni proqram yaradıldı

Bəzi hallarda gömrük rüsumları geri qaytarılacaq: Yeni proqram yaradıldı
Sosial 257

"Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən vətəndaşların xaricdən məhsul gətirib geri qaytardıqda qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq məqsədilə xüsusi proqram təminatı hazırlanıb".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Elektron xidmətlər və layihələr idarəsinin rəisi Elşən Məmmədov "Rəqəmsal gömrük və media" mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, hazırda xüsusi proqram təminatı üzərində görülən işlərin 70-80 faizi tamamlanıb:

"Yeni sistemin bir ay ərzində istifadəyə verilməsi planlaşdırılır".

Yeni proqram təminatı vasitəsilə geri qaytarılan məhsulun dəyərinin vətəndaşın gələcək aylıq limiti ilə əvəz olunacağını vurğulayan Elşən Məmmədov bildirib ki, bu halda ödənilmiş gömrük rüsumlarının da geri qaytarılması mümkün olacaq:

"Lakin bu proses müəyyən vaxt aparacaq. Çünki həmin vəsaitlər dövlət büdcəsinə daxil olduğundan geri qaytarılması müəyyən vaxt tələb edir".

Oxşar xəbərlər

Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində

Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində

Azərbaycanın bir sıra bölgələrində olduğu kimi, Qərb bölgəsində də geniş yayılan dabaq xəstəliyi sakinləri narahat etməyə başlayıb. Ağstafadan olan fermerlər bi...

268 Sosial 22:30 19 oktyabr 2025

Son xəbərlər