Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb
Sosial 38

Bakıda və Abşeron yarımadasında iyulun 25-də gözlənilən hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

İyulun 25-dən 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi arabir əsəcək....

125 Sosial 13:30 23 iyul 2021

Son xəbərlər