Bayram günlərində rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ - DYP-dən VACİB ÇAĞIRIŞ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə BAKU.WS-ə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, BDYPİ bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağını nəzərə alaraq, bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır:
"Paytaxtı tərk edərək bölgələrə üz tutan sürücülərdən xahiş olunur ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə idarə etsin, sürət həddinə ciddi riayət etsin və yorğun halda sükan arxasına əyləşməsinlər. Uzun məsafəli səfərlər zamanı diqqətin azalması ağır nəticələrə səbəb ola bilər. Sürücülər ötmə və manevr qaydalarına əməl etməli, təhlükəli davranışlardan çəkinməli və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmalıdırlar".
Qeyd olunub ki, piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, xüsusilə intensiv hərəkət olan yollarda öz həyatlarını riskə atmamalıdırlar.
Oxşar xəbərlər
Aşağı keçid balları MÜZAKİRƏ EDİLDİ
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Aşağı keçid balı: bilik zəifləyib, yoxsa rəqabət azalıb?", "ABŞ İranı iqtisadi cəhətdən boğ...