"BakıKart"larda yaranan problemlər: Narazılıqlar ARTIR

BakıKartlarda yaranan problemlər: Narazılıqlar ARTIR
Video
Sosial 248

Son vaxtlar sosial şəbəkələrdə "BakıKart"larda yaranan problemlərlə bağlı narazılıqlar müşahidə olunur.

İstifadəçilər bildirirlər ki, kartların xəbərdarlıq edilmədən bloklanması onları çox vaxt yarı yolda qoyur.

Sakinlər həmçinin "BakıKart" terminallarının azlığından da şikayətçidirlər. Baku TV məsələ ilə bağlı "BakıKart"ın rəsmi səhifəsinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, məhdudiyyətsiz istifadə hüququ verən "BakıKart" istifadəçi tərəfindən karta ödənişlər edildiyi təqdirdə qeyri-müəyyən sayda ictimai nəqliyyatdan istifadə etməyə imkan verir:

"Məhdudiyyətsiz istifadə hüququ ilə buraxılan "BakıKart"ın zəmanət müddəti onun ilk istifadəsindən etibarən 3 il təşkil edir. Bu müddət ərzində kartdan istifadə edilmədiyi halda istifadəçi ilə bağlanmış müqavilə ləğv edilmiş sayılır. Ödənişlərin həyata keçirilməsi üçün Bakı şəhəri ərazisində 180 "BakıKart" terminalı və 2600 digər ödəniş vasitələri mövcuddur. Həmçinin alternativ olaraq onlayn yükləmə üsulunu tövsiyə edirik".

Eyni zamanda, o da qeyd olunub ki, hazırda "BakıKart"ın balansını müxtəlif mobil tətbiqlər vasitəsilə artırmaq və QR bilet yaratmaq da mümkündür. Bütün bu yeniliklər vətəndaşların ödəniş rahatlığını təmin etmək məqsədi daşıyır.

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat...

68 Sosial 09:09 20 avqust 2025

Son xəbərlər