Bakıdan Qəbələyə və əks istiqamətə dəmir yolu ilə səfər etmək mümkün olub
Yeni istifadəyə verilmiş Gəncə–Qəbələ–Gəncə dəmir yolu marşrutundan istifadə etməklə hər gün Bakıdan Qəbələyə və əks istiqamətə səfər etmək mümkün olub.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-ə (ADY) istinadən xəbər verir.
Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, saat 11:12-də Gəncə–Qəbələ qatarı ilə Qəbələyə, Qəbələ–Gəncə qatarı ilə isə saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya səyahət etmək mümkündür.
Qeyd olunan istiqamətlərlə yanaşı, Bakı-Qəbələ-Bakı marşrutu üzrə ənənəvi qrafiklə şənbə və bazar günləri müntəzəm reyslər təşkil olunur.
Oxşar xəbərlər
1889 nasaz avtomobil tıxaclara səbəb olub
Ötən il 1889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması paytaxt yollarında uzunmüddətli tıxaclara səbəb olub. Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İ...