Bakıda taksilərlə bağlı nə baş verir? - Hər kəsin maraqlandığı məsələyə aydınlıq gətirildi

Son günlər ictimaiyyətdə taksi kvotalarının tətbiqi ilə bağlı yanlış məlumatlar yayılmaqdadır. İnsanlar arasında belə bir fikir formalaşıb ki, kvota tətbiqindən sonra sürücülər iş yerlərini itirəcək, eləcə də avtomobillərin buraxılış kartları ləğv olunacaq.
BAKU.WS xəər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələyə aydınlıq gətirib.
Qurumdan bildirilir ki, bu iddialar reallığı əks etdirmir və əsassızdır. Hazırda Bakı şəhərində taksi fəaliyyəti üçün 35000 aktiv buraxılış kartı istifadədir. Qeyd edək ki, Nazirlər Kabinetinin taksi nəqliyyat vasitələrinin sayına 25000 kvotanın tətbiq edilməsi heç bir aktiv buraxılış kartının ləğv olunmasına səbəb olmayacaq.
Buraxılış kartı yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda ləğv oluna bilər. Kvotaya uyğunlaşma "Lisenziyalar və icazələr haqqında" Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək.
Qeyd edək ki, limit sürücülərin yox, nəqliyyat vasitələrinin sayına tətbiq edilir. Hazırda taksi daşımalarında sürücüyə kifayət qədər tələbat mövcuddur. Taksi fəaliyyəti göstərən sürücülərin təlimləri və hazırlıq işləri davam etdirilir.
Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna bilər və bu, taksi daşımalarında iş və istirahət rejiminə riayət olunmasına töhfə verir.
Dövlət İmtahan Mərkəzi tərəfindən sürücülərin hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlar da davam edir. İmtahanda uğurlu nəticə əldə etmiş və şəhadətnamə almış şəxslər taksi fəaliyəti ilə məşğul ola biləcəklər.
Oxşar xəbərlər
"Sənəd veriblər ki, təhlükəlidir" - Dörd uşaqla evsiz qalan ailənin aqibəti necə olacaq?
Hacıqabul rayonunun Məhsəti Gəncəvi küçəsində yaşayan Hüseynovlar ailəsi evsiz qalıb. Baku TV-nin qaynar xəttinə müraciət edən ailə başçısı bildirib ki, 2024-c...
