Bakıda taksilərin qiyməti BAHALAŞACAQ?
Paytaxtda taksilərin sayı məhdudlaşdırılacaq. Yaxın gələcəkdə Bakı şəhərində taksi xidməti göstərən avtomobillərin sayı 25 mindən artıq olmayacaq. Bu, Nazirlər Kabinetinin 2025-ci il noyabrın 1-də qüvvəyə minəcək qərarında öz əksini tapıb. Bəs sözügedən qərarın hansı müsbət və mənfi tərəfləri olacaq?
Baku TV mövzu ilə bağlı taksi sürücüləri arasında sorğu keçirib. "Taksilər azalsa, keyfiyyət olmayacaq, qıtlıq yaşanacaq.
Keyfiyyət üçün taksilərin sayını artırmaq lazımdır", - sürücülərdən biri söyləyib. Başqa bir taksi sürücüsü isə belə deyib: "Bu qərarın müsbət tərəflərindən biri paytaxtda tıxacların azalmasına xidmət etməsidir".
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksilərin azaldılması bu sahədə qiymət artımına səbəb ola bilər: "Bu qərarın yaxşı tərəfi isə odur ki, peşəkar sürücülər taksi xidməti göstərəcəklər".
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətin artırılması, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini daşıyır və "Avtomobil nəqliyyatı haqqında" Qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Acınacaqlı şəraitdə yaşayan ana və oğul niyə yardımlardan imtina edirlər?
Bir müddət əvvəl Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında Kəngərli rayonunun Şahtaxtı kəndində acınacaqlı vəziyyətdə yaşayan ana və oğul barədə sü...