Bakıda bu halda bahalı kirayələr azala bilər

Bakıda bu halda bahalı kirayələr azala bilər
Açıqlama
Sosial 117

"İpoteka və Kredit Zəmanət Fondunun həyata keçirdiyi kirayə mənzil layihəsi ümumilikdə uğurlu qiymətləndirilir. Lakin əsas problem layihə çərçivəsində təklif olunan mənzillərin sayının az olmasıdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.

AQC sədri əlavə edib ki, mövcud durum layihənin geniş kütlə üçün əlçatanlığını məhdudlaşdırır:

"Tikinti sektorunun dövlət tərəfindən stimullaşdırılması - torpaq sahələrinin ayrılması, tikinti şərtlərinin sadələşdirilməsi və bank kreditləri üzrə faizlərin azaldılması yeni yaşayış binalarının inşasına şərait yarada bilər. Bu addımlar kirayə mənzil bazarının genişlənməsinə və daşınmaz əmlak qiymətlərinin süni şəkildə artmasının qarşısının alınmasına imkan verər.

Hazırda bölgələrdən Bakıya üz tutan vətəndaşların böyük əksəriyyəti kirayə mənzillərdə yaşayır və ödədikləri vəsait onlara uzunmüddətli perspektivdə heç bir mülkiyyət qazandırmır. Kirayə mənzil layihəsinin genişləndirilməsi isə vətəndaşlara ödədikləri məbləğlər hesabına gələcəkdə mənzil sahibi olmaq imkanı yarada bilər.

Bununla yanaşı, layihə çərçivəsində sənədləşmə və müraciət proseslərinin maksimum sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi və şəffaflığın tam təmin olunması vacibdir. Bürokrasiyanın azaldılması və insan amilinin minimuma endirilməsi layihəyə ictimai etimadı daha da artırar.

Qeyd edilir ki, kirayə mənzil fondunun genişlənməsi həm sosial rifahın yüksəlməsinə, həm də iqtisadi fəallığın artmasına ciddi töhfə verə bilər. Bu istiqamətdə atılacaq addımlar 2026-cı il üçün qarşıya qoyulan əsas hədəflərdən biri olan iqtisadi aktivliyin artırılmasına xidmət edəcək".

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycanda gömrük rüsumlarının dərəcələri dəyişib

Azərbaycanda gömrük rüsumlarının dərəcələri dəyişib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri v...

12 Sosial 16:38 06 fevral 2026

Son xəbərlər