Bakıda bu dövlət qurumunun binası təmir ediləcək - 8,9 milyonluq LAYİHƏ

Bakıda bu dövlət qurumunun binası təmir ediləcək - 8,9 milyonluq LAYİHƏ
Sosial 109

İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 40 ünvanında yerləşən 1 saylı Bakı Ərazi İdarəsinin inzibati binasında təmir və yenidənqurma işlərinin satın alınması üçün yeni tender elan edib.

BAKU.WS-in məlumtına görə, layihənin ümumi ehtimal olunan dəyəri 8 milyon 938 min 796 manat təşkil edir.

Tender çərçivəsində binada geniş həcmli gücləndirmə və təmir işlərinin görülməsi nəzərdə tutulur.

Layihənin həyata keçirilməsi nəticəsində 1 saylı Bakı Ərazi İdarəsinin inzibati binasının təhlükəsizliyi, dayanıqlığı və funksionallığı əhəmiyyətli dərəcədə artırılacaq. Müasir standartlara uyğunlaşdırılan bina həm vətəndaşların qəbulu prosesini yaxşılaşdıracaq, həm də əməkdaşlar üçün daha səmərəli iş mühiti yaradacaq. Bu isə ümumilikdə kadastr və reyestr xidmətlərinin keyfiyyətinin yüksəlməsinə töhfə verəcək.

Son xəbərlər