Bakıda avtobus sürücüləri sərnişinlərə görə 50 AZN CƏRİMƏLƏNİR?

Bakıda avtobusda sürücü kimi fəaliyyət göstərən şəxslər sərnişinlərin ödəniş etməməsinə görə cərimə olunurlar.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə sürücülərdən biri məlumat verib.
O bildirib ki, sərnişinlərin avtobusa daxil olduqları zamanı ödəniş etməməsinə görə onlar 50 AZN cərimə edilirlər.
Sürücü əlavə edib ki, sərnişinlərin ödəniş etməməsi avtobusda olan kamera vasitəsilə müəyyənləşdirilir:
"Gün ərzində bəzi sərnişinlər bilməyərək ödəniş etmirlər. Bəzən də elə olur ki, ödəniş etmək üçün vəsaitləri olmur. Sürücülər isə buna görə pis vəziyyətdə qalırlar. Ya gərək həmin sərnişini düşürsünlər, ya da ona avtobusda qalmağa şərait yaratsınlar. Əgər sərnişinin avtobusdan ödəniş etmədən istifadə etməsi müəyyən olunarsa, onda sürücülər 50 AZN cərimə edilirlər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Müasir dayanacaqlar hansı hallarda quraşdırılır? - RƏSMİ CAVAB
Avtobus dayanacaq pavilyonları Dövlət Standartı (AZS 954-2024) və Nazirlər Kabinetinin 73 nömrəli Qərarına əsasən quraşdırılır. Avtobus dayanacaq pavilyonları q...
