Bakıda ağacları kəsib yerində obyekt tikiblər
Bakıda ağacları kəsib yerində ikimərtəbəli obyekt tikiblər. Tikinti başa çatan kimi isə obyektin qarşısındakı ağacları da kəsiblər.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Sabunçu rayonu, Maştağa qəsəbəsindəki yeni ikimərtəbəli tikilinin qarşısında ötən gün kəsilmiş ağaclardan gedir.
Obyektin qarşısında səliqə-sahman yaradan fəhlələrdən öyrəndik ki, onlar əraziyə bu gün asfalt örtüyü çəkmək üçün çağrılıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, fakta görə Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirildi ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində qanunsuz ağac kəsintisi faktı aşkar edilib. Araşdırma zamanı ağacların vətəndaş Qənirə Quliyevaya məxsus qeyri-yaşayış obyektinin ətrafında kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Oxşar xəbərlər
Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub
Mingəçevirdə sahibsiz itlərin sayı artıb. Sakinlər deyirlər ki, həm gecə, həm də gündüz saatlarında Kür çayının sağ və sol sahillərində yerləşən küçələrdə sahib...