Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10
mar
2025
18:29
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə martın 20-31-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bu barədə BAKU.WS ADY-ya istinadən xəbər verir.
Məlumata görə, qatarlar qeyd olunan tarixlərdə hər gün Bakıdan və Qəbələdən yola düşəcək. Qatar Bakıdan Qəbələyə 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün "ADY Mobile" tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.
Oxşar xəbərlər
Bakıda bu məktəb sökülərək yerində 624 şagirdlik təhsil ocağı TİKİLƏCƏK
Bakının Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəbin yeni binasının tikintisi ilə bağlı əlavə işlərin görülməsi və məktəbin mebel-avadanlıqlarla təch...