Bakı-Bratislava birbaşa uçuşlarına start verilir
Bakı-Bratislava birbaşa uçuşlarına start verilir.
Bu barədə BAKU.WS-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) rəhbərliyi ilə Macarıstanın "Wizz Air" aviaşirkəti arasında Azərbaycan ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında uçuş marşrutlarının genişləndirilməsi üzrə işçi görüşü keçirilib.
Görüşdə Bakı – Bratislava (Slovakiya) birbaşa reyslərinin açılması, habelə Buxarest (Rumıniya) və Varşava (Polşa) istiqamətlərinin marşrut şəbəkəsinə əlavə olunması məsələləri müzakirə edilib. Tərəflər, eyni zamanda "Wizz Air" uçuşlarının Azərbaycanın regional hava limanlarında icrası və mümkün bazalanma imkanlarını qiymətləndiriblər. Bu yanaşma regionlarda turizmin inkişafı, işgüzar mobilliyin genişləndirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi üçün yeni impuls yaradır.
Yaxın zamanda reyslərin icrasına başlanılması planlaşdırılır. İlk mərhələdə Bratislava, Buxarest və Varşava istiqamətlərində reyslərin icrası nəzərdə tutulur.
AZAL və "Wizz Air" aviaşirkəti yeni marşrutların açılması istiqamətində real irəliləyiş əldə edərək növbəti mərhələləri fəal şəkildə müzakirə etməyə davam edəcək. Məqsəd sərnişinlər üçün daha geniş, rəqabətqabiliyyətli və əlçatan marşrut şəbəkəsi yaratmaqla Azərbaycanın mülki aviasiya sektorunun regional və qlobal mövqelərini daha da möhkəmləndirməkdir.
Oxşar xəbərlər
Bakı sakinlərinə su ilə bağlı XƏBƏRDARLIQ - Fevralın 20-dək
Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında üzərində fərdi yaşayış evi inşa olunduğuna görə diametri 500 mm olan magistral su xəttində qəza baş verib. İri Ş...