Bakı avtobuslarında özbaşınalıq davam edir - Sürücülərin ölüm "oyunu"
Bakı nəqliyyatının problemləri bitib-tükənmək bilmir. Belə problemlərdən biri də sərnişindaşımalarla bağlıdır.
Avtobus parkları yenilənsə də, hələ də avtobus sürücüləri köhnə prinsiplərindən əl çəkmirlər. Bir çox sürücü avtobuslarda kondisioneri yandırmır və avtomobili qapı açıq halda idarə edirlər.
Belə şikayətlərdən biri də Neftçilər metrosu yaxınlığında hərəkət edən 49 saylı avtobusun sürücüsündən gəlib.
Vətəndaşın BAKU.WS-in "qaynar xətti"nə etdiyi şikayətində bildirilir ki, avtobusun qapısı açıq halda idarə olunub. Maşında dolu sərnişinlər olub. Sərnişinlər sürücüyə dəfələrlə desələr də, o, avtobusun qapısını örtməyib və sərinlik sistemini işə salmayıb.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə təhlükəli trend: Ölülər "dirildilir", görüntüləri satılır
Sosial şəbəkələrdə narahatlıq doğuran yeni bir tendensiya yayılıb. Bəzi səhifələr süni intellekt vasitəsilə mərhum insanların görüntülərini pul qarşılığında "ca...