Baş nazirdən pensiya təyinatı ilə bağlı YENİ QƏRAR
10
sen
2018
09:36
Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında qərara dəyişiklik edilib.BAKU.WS xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.Dəyişikliyə əsasən, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilənədək, onun əməkdaşlarının malik olduqları xidmət illəri həmin şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması zamanı nəzərə alınır.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hə...