Azərbaycanda südün qiyməti bahalaşdı - VİDEO
05
sen
2017
23:40
Son bir neçə gündə südün qiyməti bahalaşıb. Fermerlərin sözlərinə görə, ötən illərlə müqayisədə südün hər bir litrinin qiymətində 10-30 qəpik arasında bahalaşma müşahidə olunur. BAKU.WS-in məlumatına görə, satıcılar Xəzər TV-yə açıqlamalarında bahalaşmaya səbəb kimi ən çox otun və yemin qiymətinin qalxmasını göstərirlər. Bölgələrdə qiymət artımı paytaxt bazarlarına da təsirsiz ötüşməyib.Satıcılar əvvəlki vaxtlarla müqaisədə südü indi 20-30 qəpik daha baha alırlar. Fermerlər deyirlər ki, ot və yem qiymətləri qalxmaqda davam edərsə, südün qiyməti daha da bahalaşa bilər. BAKU.WS
Oxşar xəbərlər
Ət niyə bahalaşdı - SƏBƏB (VİDEO)
Adətən yay aylarında mal və qoyun ətinin qiyməti ucuz olsa da, bu dəfə bunun əksi müşahidə olunur. On gün əvvəl satılan mal və qoyun ətinin qiyməti ilə indiki q...