Azərbaycanda yaxın qohumlar arasında nikah qadağan olunur - DƏQİQ VAXT BİLİNDİ

Bu ilin iyul ayından yaxın qohumlar arasında nikah qadağan olunacaq.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi"Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda ictimai dinləmədə ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib.
Nazir müavini bildirib ki, bu qərar əhalinin sağlamlığının qorunmasına yönəlib: "Erkən nikahlarla daha effektiv mübarizə aparmaq üçün Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni müddəalar əlavə edilib. Eyni zamanda erkən nikahların qarşısının alınması, rəsmi nikahdan kənar nikaha girmənin qarşısının alınması üçün işlər aparırıq. Nikahın pozulması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edən şəxslərə psixoloq xidməti təklif olunur. Psixoloqa müraciət etdikdən sonra həmin şəxslərin 20 faizi boşanmaqdan vaz keçir. Bu istiqamətdə iş gedir. Bu məsələnin qanunla tənzimlənməsi nəzərdə tutulur".

Oxşar xəbərlər
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
2024-cü ildə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən formalaşan keçid balları ictimaiyyətə açıqlanıb. BAKU.WS xəbər verir ki, Modern.az IV ixtisas q...