Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

Son günlər ölkədə internet istifadəçiləri arasında narazılıqlar yaranıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətlərdə bildirilir ki, bir sıra regionlarda və paytaxtın müxtəlif ərazilərində internetin sürəti kəskin şəkildə azalıb.
İstifadəçilər sosial şəbəkələrə və veb-saytlara daxil olarkən səhifələrin yüklənməsində gecikmələr, videoların donması və ani kəsintilərin baş verməsindən şikayətlənirlər.
Bəs görəsən, bu çətinliklər ölkə üzrə internetdə yaranan ümumi texniki problemlərlə bağlıdır, yoxsa yerli provayderlərin müvəqqəti nasazlığı ilə əlaqədardır?
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov BAKU.WS-ə bildirib ki, ölkədə internet infrastrukturunda son illərdə mühüm inkişaflar müşahidə olunur və fiber-optik texnologiyanın ölkə üzrə geniş yayılması bu sahədə köklü dəyişikliklərə səbəb olub:

"Artıq əsas mərhələ infrastrukturun qurulması deyil, mövcud xidmətlərin keyfiyyətinin artırılması və istifadəçi təcrübəsinin təkmilləşdirilməsidir.
Mövcud çətinliklər daha çox texniki və təşkilati amillərlə bağlı ola bilər. Məsələn, bəzi qurğuların düzgün tənzimlənməməsi, provayderlərin texniki imkanlarının bərabər səviyyədə olmaması və ya istifadəçilərin internet paketi və router seçimində düzgün qərar verməməsi kimi hallar sürət və keyfiyyətə təsir edə bilər.
Hazırda əsas diqqət provayderlərin xidmətlərinin gücləndirilməsinə, abunəçilərin düzgün seçimlər etməsinə və yeni texnologiyaların tətbiqinə yönəlir. Bu proses davamlı şəkildə həyata keçirildikcə ölkədə internetin həm sürət, həm də keyfiyyət baxımından daha da yaxşılaşacağı gözlənilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
İdman zallarında gizlənmiş risklər - Sağlamlığımızı qoruyarkən həyatımızı itirməmək üçün nə etməliyik?
Sentyabrın 29-da Əməkdar artist Cabir İmanovun idman zalında ürək tutmasından dünyasını dəyişməsi kədərli fakt oldu. Ölüm faktının idman zalında baş verməsi sua...
