Azərbaycanda 400 tonadək arpa və buğda yığılıb
İyunun 12-nə olan operativ məlumata görə, ölkə üzrə buğda sahələrinin 0,8 faizində, arpa sahələrinin isə 28,7 faizində biçin prosesi yekunlaşıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bugünədək ölkə üzrə 4 141 hektar buğda, 122 265 hektar arpa sahəsi biçilib.
Sahələrdən 13 032 ton buğda, 381 604 ton arpa yığılıb. Orta məhsuldarlıq buğda üzrə 31,5 sent/ha, arpa üzrə isə 31,2 sent/ha təşkil edir.
Operativ məlumata görə, buğda üzrə ən yüksək məhsuldarlıq Salyan (50 sent/ha) və Bərdə (41,3 sent/ha) rayonlarında, arpa üzrə ən yüksək məhsuldarlıq isə Hacıqabul (48 sent/ha) və Oğuz (40 sent/ha) rayonlarında qeydə alınıb.
Oxşar xəbərlər
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
"Gilavar Foto Klubu" İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində növbəti fotoekspozisiya İtaliyanın...