Avtobus sürücülərinin əməkhaqqı oktyabrın birindən artaraq bu qədər olacaq
"Xaliq Faiqoğlu" şirkəti xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması və əməkdaşların sosial rifahının yüksəldilməsi məqsədilə sürücülərə ödənilən aylıq əməkhaqqını artırıb.
Şirkətin idarə heyətinin müvafiq qərarı ilə, 01.10.2024-cü ildən etibarən istismar edilən müntəzəm marşrut xətləri üzrə sürücülərin aylıq məvacibi ortatutumlu avtobuslarda 1098 manat, iritutumlu avtobuslarda 1252 manat, xüsusilə iritutumlu avtobuslarda isə 1424 manat (1 növbə üzrə) müəyyən edilib.
Bundan əlavə əmək fəaliyyətində fərqlənən sürücülərə birdəfəlik mükafatların verilməsi nəzərdə tutulur.
"Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, sürücülərin sosial rifahının yaxşılaşdırılması, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, "Xaliq Faiqoğlu" şirkətində sürücülərin fəaliyyəti növbəli iş rejimi əsasında təşkil edilir.
Şirkətdə sürücü vəzifəsində işləmək istəyən şəxslər aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər:
Tel: 055 500-68-60
E-mail: [email protected]
Oxşar xəbərlər
Sabah Babəkin bir neçə kəndində elektrik enerjisinin verilişi dayandırılacaq
Sabah Babək rayonunun bir neçə kəndində elektrik enerjisinin verilişi dayandırılacaq. "Report"un yerli bürosunun məlumatına görə, 35/10 kilovoltluq "Nəzərabad"...