Aşurada dərsdən yayınan şagirdin valideyni məsuliyyətə cəlb ediləcək - RƏSMİ XƏBƏRDARLIQ

Aşurada dərsdən yayınan şagirdin valideyni məsuliyyətə cəlb ediləcək - RƏSMİ XƏBƏRDARLIQ
Sosial 1364
"Məhərrəm ayı, o cümlədən Aşura mərasiminin keçirilməsi dərs dövrünə təsadüf edir. Aşura günü şagirdlər dərsdə olmalıdırlar. Biz uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət etməliyik və onlar dərsdən yayınmamalıdırlar".BAKU.WStrend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm" mövzusunda keçirilən konfransda deyib.Onun sözlərinə görə, həmin dövrdə uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaqlar.S.Heydərov qarşıdan gələn Məhərrəm ayında dini mərasimlərin sivil formada qeyd olunacağına ümid etdiyini bildirib:"Məhərrəm ayı son illər ərzində adət formasında keçirilir, bu il də belə keçiriləcək. Son illərdə Məhərrəm ayı ilə bağlı yaxşı tendensiya müşahidə edirik. Aşura mərasimi qanunlara hörmət edilərək, daha sivil formada keçirilir. Baş yarmaq və digər hərəkətlər demək olar ki, yox dərəcəsindədir. Bu da maarifləndirmə işlərinin nəticəsidir".BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər