Ağdamda tikiləcək yaşayış binaları ilə bağlı YENİ XƏBƏR
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti binaların tikintisi ilə bağlı yeni tender elan edib.
BAKU.WS-in məlumatına görə, layihənin ümumi dəyəri 11 milyon 51 min manat təşkil edir.
Tender sənədlərində qeyd olunur ki, Ağdam şəhərinin 5-ci yaşayış massivində, məhəllə O-128-də bir sıra binaların tikintisi nəzərdə tutulur.
Bu layihə işğaldan azad olunmuş Ağdam şəhərində əhalinin məskunlaşması üçün müasir yaşayış massivlərinin salınmasına yönəlib. Yeni binaların inşası həm şəhərin sosial infrastrukturunun gücləndirilməsinə, həm də köçkünlərin mərhələli şəkildə geri qayıdışına xidmət edəcək.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Özbəkistanda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Daşkənddə Ümumm...