Ağdamda abadlıq işləri görüləcək - 4,1 milyonluq LAYİHƏ
Ağdam rayonunun 4 nömrəli yaşayış massivində su-kanalizasiya, yaşıllıq, yol, səki və ümumi abadlıq işləri həyata keçiriləcək.
BAKU.WS-in məlumatına görə, abadlıq işləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin sifarişi əsasında həyata keçiriləcək.
Layihənin ümumi dəyəri 4 milyon 194 min manat təşkil edir.
Bu layihənin icrası nəticəsində Ağdam şəhərinin 4 nömrəli yaşayış massivində məişət şəraiti yaxşılaşacaq, yollar və səkilər yenilənəcək, yaşıllıq zolaqları salınacaq, həmçinin su-kanalizasiya sistemi müasir tələblərə uyğunlaşdırılacaq.
Qeyd edək ki, 4 nömrəli yaşayış massivində ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080, o cümlədən 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq.
Oxşar xəbərlər
Bakı sakinlərinin nəzərinə: Metronun yeni stansiyalarının tikildiyi ərazilərdə mənzil qiymətləri qalxacaq
Bakı metrosunun yeni stansiyalarının tikintisi həmin ərazilərdə mənzil və torpaq qiymətlərinə ciddi təsir göstərəcək. BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir...