VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son günlər bəzi dərman pereparatlarını tapmaq çətinləşib.

 

BAKU.WS-in məlumatına görə, vətəndaşalr əsasən Akineton, Fenazepam və Alflutop adlı dərmanların apteklərdə tapılmaması barədə şikayətlənirlər. Bu tip pereparatlar tapılan zaman da mövcud dəyərindən baha satılır.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənib.

Nazirlikdən onu da bildirdilər ki, həmin pereparatların qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyil.

Akineton adlı dərman vasitəsi Azərbaycan Respublikasında istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçməmişdir və ona görə də bu dərman vasitəsini istehlakçılara almamaq tövsiyə olunur. Amma müalicə həkiminin məsləhətilə bu preparatın alternativi kimi dövlət qeydiyyatına alınıb. Parkinson xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş Trihexyphenidyl, Carbidopa və Levadopa tərkibli dərman vasitələrindən istifadə etmək olar.

Fenazepam preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır.

Alflutop preparatının tərkibində xırda dəniz balıqlarının bioaktiv konsentratı var. O, osteoartrozun, osteoxandrozun, spondilyozun müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Bu cür xəstəliklərin müalicəsi üçün dövlət qeydiyyatında olan bir sıra dərman vasitələri mövcuddur. Onlardan Chondroitin sulfat, Glucosamine sulfat və Alendronic acid tərkibli dərman vasitələrini göstərmək olar.

Bütün alternativ dərman vasitələri barədə ətraflı məlumat Analitik Ekspertiza Mərkəzinin www.pharma.az internet saytında tanış olmaq olar.

Ziya Səccad
BAKU.WS