SİZİN REKLAM BURADA!
055 213 76 73


Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri elan edilib.

BAKU.WS Təhsil İnstitutuna istinadən xəbər verir ki, 17-27 avqust tarixlərində Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyə, Kimya biologiya təmayüllü Respublika liseyinə, S. Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya, S. Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyaya, A. S. Makarenko adına humanitar fənlər təmayüllü Respublika Gimnaziyasına və S.C. Pişəvari adına humanitar fənlər gimnaziyasına, eləcə də bölgələrdə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylərə qəbul imtahanı keçirilib. 

Qəbul olan şagirdlər 10.09.2020-ci il tarixinədək müvafiq lisey və gimnaziyalarla əlaqə saxlayaraq qeydiyyatlarını təsdiqləməlidirlər. Nəticələr haqqında hər hansı sualı olan iştirakçılar 3 sentyabr tarixinədək müvafiq ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər.

BAKU.WS