SİZİN REKLAM BURADA!
055 213 76 73


Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub. 

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Ədliyyə naziri Fikrət Məmmədov imzalayıb.

Əmrə əsasən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, ədliyyə general-mayoru Fuad Cavadov öz istəyinə uyğun olaraq vəzifəsindən azad olunub.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi vəzifəsi İlqar Cəfərova həvalə edilib.

Qeyd edək ki, İ.Cəfərov bir müddət əvvəl nazirliyinin Katibliyinin rəisi vəzifəsinə təyinat almışdı.

BAKU.WS