Nazirdən ŞAD XƏBƏR - Bu gündən 190 manatın verilməsinə başlanılacaq

Nazirdən ŞAD XƏBƏR - Bu gündən 190 manatın verilməsinə başlanılacaq
Sosial 1355

"9 aprel tarixində ilk araşdırmadan keçən insanlara ödənişləri etməyi planlaşdırırıq".

BAKU.WS xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev REAL TV-yə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, ödənişlər qrafikə uyğun olaraq həyata keçiriləcək:

"Sayın çox olduğunu nəzərə alırıq. Bu, o demək deyil ki, bir gündə hamıya ödəniş olacaq.

Artıq 30 min insanın məlumatları emal olunub və onlarla bağlı qərar qəbul edilib. Ödəniş qrafikini tənzimləməyə çalışırıq.

Nazirlik ay ərzində 2,3 milyon insana ödəniş edir. Biz qrafiki elə bölüşdürürük ki, gün ərzində orta hesabla 100 min insanın ödənişi getsin".

Son xəbərlər