SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Bakının iki rayonuna içməli suyun verilişi dayandırılacaq.

“Azərsu” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

BAKU.WS