SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda xüsusi qabiliyyət tələb edən V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb, 4 ixtisas əsasında 3 ixtisas formalaşdırılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, V ixtisas qrupunda Bədən tərbiyəsi və idman, Solo oxuma, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı və Rəqs müəllimliyi  ixtisasları siyahıdan çıxarılıb.  Dekorativ sənət,  Dizayn (təsviri sənət istiqaməti), Dizayn (memarlıq və dizayn istiqaməti) və Məşqçi (idman növü üzrə) ixtisasları əsasında Dekorativ tətbiqi sənət (sahələr üzrə), Dizayn (sahələr üzrə) və Məşqçilik ixtisasları formalaşdırılıb.

V ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) və Vokal sənəti (sahələr üzrə) ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra V ixtisas qrupuna aşağıdakı 19 ixtisas daxildir:

  1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
  2. Musiqi müəllimliyi
  3. Təsviri incəsənət müəllimliyi
  4. Aktyor sənəti
  5. Bəstəkarlıq
  6. Dekorativ tətbiqi sənət (sahələr üzrə)
  7. Dirijorluq (sahələr üzrə)
  8. Dizayn (sahələr üzrə)
  9. Heykəltəraşlıq
  10. İnstrumental ifaçılıq (sahələr üzrə)
  11. Musiqişünaslıq
  12. Operator sənəti
  13. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
  14. Qrafika
  15. Rejissorluq
  16. Rəngkarlıq
  17. Vokal sənəti (sahələr üzrə)
  18. Xoreoqrafiya sənəti (sahələr üzrə)
  19. Məşqçilik.
BAKU.WS