SİZİN REKLAM BURADA!
055 213 76 73


1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan tələbənin kimliyi məlum olub.

Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, bu, BDU-nun Amerikaşünaslıq fakültəsinin III kurs tələbəsi Zhenghai Liu Youshadır.

Bu ilin yanvar ayının ortalarında Çindən Azərbaycana gələn tələbə yanvarın 27-də Kliniki Tibbi Mərkəzə daxil olub.

Tələbənin dediyinə görə, atası Çində dünyasını dəyişib. Ona görə də o hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə karantində saxlanılır. Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.

BAKU.WS