VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində yayılan və dünya ölkələrini təşvişə salan koronavirusla bağlı narahatlıq getdikcə artır. Belə ki, yayılan virusun müxtəlif ölkələrə yayılması təhlükəsi yaranıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan vətəndaşları da Çindən sifariş verilən mallar vasitəsilə virusa yoluxma ehtimalından narahat olmağa başlayıb.

Redaksiyamıza daxil olan müraciətlərdə Çindən gələn mallarda virusun olma ehtimalı və bununla da yoluxma riskləri öz əksini tapıb. 

Qonşu ölkələrin mütəxəssisləri də bu ehtimalın olmasını təsdiqləyib. Ukraynanın tanınmış infeksionist həkimi Olqa Qolubovskaya açıqlayıb ki, dünya ictimaiyyətini təşvişə salan koronavirus əşyalar vasitəsilə ötürülə bilər.

Rusiyanın məşhur virusoloqu Mixail Şelkanov isə koronavirusun paketlərlə, o cümlədən "AliExpress" xidməti vasitəsi ilə ötürülə bilməsi ilə bağlı bunları deyib: "Bu virus öyrənilməkdədir, hələlik fərziyyədir. Lakin onun aqressivliyi əvvəlcədən hesablanandan bir qədər yüksək olub".

Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı 26-ya çatıb. Virusa yoluxma hallarının sayının 880-ə çatmasına baxmayaraq, 8 mindən çox insan tibbi nəzarət altındadır.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Çin Xalq Respublikasında meydana gələn, Koreya Respublikası, Yaponiya, Tayland və Sinqapura yayılan yeni koronavirus alovlanması ilə bağlı Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsini çağırıb.

BMT-nin Azərbaycandakı ofisindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, yanvarın 23-də toplantıda Çin Xalq Respublikası, Yaponiya, Tayland və Koreya Respublikasının Səhiyyə nazirliklərinin nümayəndələri komitəyə ölkələrindəki son vəziyyətlə bağlı məlumat veriblər. Çində tibb müəssisələrinə müraciət hallarının sayının artdığı bildirilib və onlardan 557 nəfərdə yoluxma halı qeydə alınıb. Çin hökumətinin təqdim etdiyi yeni epidemioloji məlumatda yoluxma və şübhəli halların, yoluxmuş əyalətlərin sayının artdığı və hazırda qeydə alınmış hadisələrdən 4 faizinin (557-dən 17-si) ölümlə nəticələndiyi bildirilib.

Virusun insandan insana ötürülməsi qeydə alınıb və reproduktivlik dərəcəsi 1,4-2,5 kimi təqdim olunub. Çoxalma hadisəsi yalnız bir səhiyyə müəssisəsində müşahidə olunub. Qeydə alınmış halların 25 faizinin ağır dərəcədə olduğu bildirilir. Xəstəliyin mənbəyi hələ də məlum deyil (daha çox, heyvan mənşəli olması ehtimal edilir) və insandan insana ötürülməsinin nisbəti hələ ki müəyyənləşməyib.

Orxan Hüseyn
BAKU.WS