SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir sıra ölkədə, o cümlədən Azərbaycanda “WhatsApp” istifadəçiləri mesajlaşma şəbəkəsinin işindən narazı qalıb. 

BAKU.WS xəbər verir ki, sosial şəbəkənin istifadəsində Bakı vaxtı ilə saat 13:40-da problem yaşanıb. 

“WhatsApp”ın işində nasazlıq əsasən Almaniya, Fransa, İspaniya, İtaliya, İsveçrə, Avstriya, Finlandiya, Türkiyə, BƏƏ, Hindistan, Çin, Sinqapur və Rusiyada müşahidə olunub.

Qeyd edək ki, istifadəçilər qısa bir müddət “WhatsApp”a daxil ola biməməklə yanaşı, mesaj göndərməkdə də problem yaşayıb.

BAKU.WS