Anar Əliyev: "ƏƏSMN-in tabeliyində 4 publik hüquqi şəxsin yaradılması gözlənilir"

Anar Əliyev: ƏƏSMN-in tabeliyində 4 publik hüquqi şəxsin yaradılması gözlənilir
Sosial 745

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 4 publik hüquqi şəxsin yaradılması gözlənilir".

BAKU.WS xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "Real TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, məqsəd əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, Nazirliyin strukturunun daha da optimallaşdırılması, idarəetmədə çevikliyin təmin olunmasından ibarətdir: “Burada DOST konsepsiyası da öz rolunu oynadı. DOST mərkəzləri yarandıqca Nazirliyin digər şöbələrinin regional əsasda fəaliyyətini təşkil etməyi nəzərdə tuturuq. Yasamalda yaratdığımız DOST mərkəzi Yasamal və Səbail rayonuna xidmət göstərdiyinə görə yerli şöbələrin, qurumların fəaliyyətini regional əsasda qururuq. Bunun da məqsədi Nazirliyin strukturunun DOST konsepsiyasına uyğun təşkilindən ibarətdir”.

Oxşar xəbərlər

DOST əlli mininci vətəndaşa xidmət etdi - FOTO

DOST əlli mininci vətəndaşa xidmət etdi - FOTO

DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 50 000-ci vətəndaş müraciəti qeydə alınıb. BAKU.WS xəbər verir ki, Yasamal rayon sakini Validə Abbasova DOST-a Sosial x...

374 Sosial 17:54 18 noyabr 2019

Son xəbərlər