Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib.
BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Prezident görüşdə Azərbaycanda hazırda tikintisi davam edən dəmir yolları barədə vəziyyəti öyrənib və yeni tapşırıqlar verib:
“Ələt-Astara dəmçir yolunu mütləq yenidən qurmalıyıq. Birincisi, mövcud yol artan yükdaşımanı öz üzərinə götürə bilməz. Bu, faktdır və sürət də çox aşağıdır. Yol düz dəniz qırağı ilə gedir, həm təhlükəlidir, həm də ki, vaxt baxımından səmərəli deyil. Digər tərəfdən, Lənkəran indi böyük turizm potensialına malik olan bir rayondur. Son illərdə orada otellər, istirahət zonaları tikilib. Biz Bakı-Lənkəran avtomobil yolunu yenidən qurmuşuq. Demək olar ki, heç bir şəhərə girməyən və məsafə baxımından təqribən 60-70 kilometr daha qısa yoldur. Ona görə vətəndaşlar tam rahatlıqla gedirlər. Odur ki, o dəmir yolunu sahildən başqa istiqamətə keçirmək əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Beləliklə, Lənkəranın sahil zonası da turizm üçün açıq olacaq, iş adamları, investorlar gələcək, orada otellər tikəcək. Çünki orada çox gözəl sahil zonası vardır və biz bundan istifadə etməliyik. Mənim tapşırığımla indi Bakı-Yalama yolunda işlər gedir. Biz bu yolun da inşasını sürətləndirməliyik, ilk növbədə, Şimal-Cənub nəqliyyat dəhlizi üçün”.
Prezident sözlərinə əlavə edib ki, bizim digər kurort zonası olan Qusar rayonuna da dəmir yolu çəkilməlidir:
“Hansı ki, sovet vaxtında da heç çəkilməmişdi. İndi mən göstəriş vermişəm ki, bu işlər də öz həllini tapsın”.
BAKU.WS
Prezident bu rayona dəmir yolu xəttinin çəkilməsini tapşırdı
13
noy
16:33

Cavid Qurbanov İlham Əliyevə hesabat verdi
Bakı-Gəncə sürət elektrik qatarının marşrutu Ağstafaya qədər uzadıla bilər
Azərbaycanda dövlət bu ərazidəki torpaqları əhalidən alacaq
Prezident İlham Əliyev marketdə ərzaqların qiymətləri ilə maraqlandı
Azərbaycanda yeni dəmir yolu xətti tikiləcək - 30 milyon manat ayrıldı
Cavid Qurbanov gənc yazara ev verib? - RƏSMİ AÇIQLAMA
Naxçıvan-Bakı dəmir yolu xətti açılacaq
Azərbaycandan yüz milyardlarla dollarlıq mal keçəcək (VİDEO)
- Polis sevgilisindən ayrılan Pərvin Abıyeva yenə də olaya səbəb oldu - FOTO
- Bakıda maşında erməni mahnısına qulaq asanlar bunlar olub - VİDEO
- İlkinlə həyat yoldaşının İstanbul gəzintisi - FOTO
- Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
- Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
- Nazirin Pərvinə görə işdən çıxardığı polisdən gözlənilməz addım - VİDEO
- Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
- Pərvin və polis sevgilisinin daha bir QALMAQALLI VİDEOsu
- Elçin Əlibəylinin xanımı Dilrubə Vaqifqızı hər şeyə aydınlıq gətirdi - MÜSAHİBƏ+FOTO
- Xalq artistinin özündən gözəl qızı hər kəsi heyran qoydu - FOTO