SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları birgünlük işləməyəcək.

BAKU.WS “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, Böyükşor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti birgünlük dayandırılacaq.

Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.
BAKU.WS