055 213 76 73
Bakı-Sumqayıt elektrik qatarı iki gün işləməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Verilən məlumatda bildirilir ki,12 və 13 yanvar 2019-cu il tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.
Qeyd edək ki, qatarlarının hərəkət cədvəlinin ləğv edilməsinə Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri səbəbdir.
BAKU.WS