VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarları sabah hazırda qüvvədə olan qrafik üzrə hərəkət edəcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, təmirlə əlaqədar olaraq 31 may, 01,02 iyun tarixlərində (üç gün) Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkəti dayandırılır.

Qeyd edək ki, iyun ayının 3-dən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Qatarlarda gediş plastik kartla və biletlə təşkil olunacaq.

Yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək.
BAKU.WS