SİZİN REKLAM BURADA!
055 213 76 73


İqlim dəyişikliyi qidalara da təsirsiz ötüşməyəcək.

BAKU.WS
xəbər verir ki, iqlim dəyişikliyinə görə, havanın normadan artıq çirkləndirilməsi ərzaqların tərkibinin dəyişməsinə və keyfiyyətinin azaldılmasına səbəb olacaq. Tədqiqatda bildirilir ki, 2050-ci ildə bu səbəblər qlobal problemlərə yol açacaq.

Tədqiqat zamanı buğda, düyü, qarğıdalı, noxud, darı, kartof və arpada emissiyanın çoxalmasının qida dəyərinə olan təsirləri araşdırılıb. Tədqiqatın nəticələri göstərir ki, 2050-ci ildə bu ərzaqlar keyfiyyətlərini itirəcək.

Adam başına düşən protein 19,5 faiz, dəmir 14,4 faiz, sink isə 14, 6 faiz azalacaq. Tədqiqat mühüm minerallarda yaşanacaq azalmanın daha çox Cənubi Asiya, Orta Şərq və Şimali Afrika bölgələrinə təsir edəcəyini göstərir.

Xəstəlik səbələri

Sink, protein və dəmir çatışmazlığı indiki dövrdə də ciddi xəstəliklərə yol açır. Hər il 5 yaşdan aşağı 100 minlərlə uşağın sink çatışmazlığına görə dünyasını dəyişdiyi təxmin edilir. Protein çatışmazlığı isə ana bətnində olan uşağı inkişafdan saxlayır və doğuş zamanı ananın həyatını itirməsinə səbəb olur.

Hər il 2,2 milyona yaxın 5 yaşa çatmayan uşaqlar protein çatışmazlığından dünyasını dəyişir. Dəmir çatışmazlığı isə ildə 200 min insanın ölüm səbəbidir. Eyni vaxtda bu mineralların azlığı zəka geriliyi, anemiya kimi xəstəliklərin yaranmasınə və gənc yaşda ölümə səbəb olur.
BAKU.WS