SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2-ci Sovxoz ərazisində yerləşən 283 saylı körpələr evi uşaq bağçasının binasının bərbad vəziyyətdədir.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, sakinlər bununla bağlı illərdir ki, rəsmi qurumlara müraciət etsələr də, bağça təmir edilmir, valideynlər isə məcburiyyətdən uşaqlarını sözügedən bağçaya qoyurlar. Hər gün bağçaya təxminən 20-30 uşaq gedir.

Sakinlərin bildirdiyinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) də bağçanın qəzalı vəziyyətdə olması ilə bağlı müvafiq rəyi var.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, həqiqətən də sözügedən bağçanın təmirə ehtiyacı var:

“Bununla əlaqədar bağçanın sökülməsi və yerində yeni, daha böyük bağçanın tikintisi ilə bağlı müvafiq qaydada müraciət olunub. Müraciət proqrama salındıqdan sonra bağça ilə bağlı işlər görüləcək”.
BAKU.WS
QALEREYA