SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə təyinatla əlaqədar prokurorluq işçilərinin müraciət edib.

BAKU.WS Baş Prokurorluğa istinadən xəbər verir ki, Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin 2 böyük prokuroru və 23 prokuroru vəzifəsinə yeni namizədlərin seçiminin aparılması məqsədilə Baş prokurorun 9 aprel 2019-cu il tarixli sərəncamı ilə Müsabiqə Komissiyası yaradılıb və 12 aprel 2019-cu il tarixdə həmin vəzifələrə təyinatlarla əlaqədar prokurorluq orqanlarında 5 il iş təcrübəsinə malik, yaşı 35-dən aşağı olan prokurorluq işçilərinin iştirak etmələri üçün müsabiqə elan edilib.

Həmin müsabiqədə iştirak etmək üçün prokurorluq işçiləri 30 aprel 2019-cu il tarixədək Baş Prokurorluğun Kadrlar idarəsinə müraciət edə bilərlər.
Əlavə məlumat almaq üçün 492-74-32 və 437-28-56 nömrəli telefonlar vasitəsilə əlaqə saxlamaq olar.
BAKU.WS