SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bakıya qar yağan kimi bir çox problemlər özünü göstərir. Baxmayaraq ki, Bakı şəhər İcra Hakimiyyəti və digər dövlət qrumları iddia edirlər ki, istənilən hava şəraitinə hazırdırlar. Lakin təbiətin kiçik bir şıltaqlığı deyilənlərin heç də həqiqətə uyğun olmadığını sübut edir.


BAKU.WS
-in məlumatına görə, 3 gün ərzində yağan qar nəticəsində bir çox yollar yenə də buz bağladı. Dövlət qurumlarının bildirdiyi kimi yollarda müasir tələblərə cavab verən texnikalar əvəzinə yaşlı qadınların yolları təmizləməsini gördük.

Redaksiyamıza daxil olan çoxlu şikayətlər və sosial şəbəkələrdə tüğyan edən etirazlardan belə nəticə çıxartmaq olar ki, əhali baş verənlərdən razı deyil. Çünki yenə də dövlət qurumları əhalini aldatmaqla məşğuldur. Yollarda müasir texnikalar əvəzinə yaşlı qadınların əllərində bel qar təmizləməsi buna bariz nümunədir.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova BAKU.WS-ə açıqlamasında bildirdi ki, baş verənlərdən xəbərsizdirlər. Onun sözlərnə görə, yaşlı qadınların yollarda qar təmizləməsi Bakı meriyasının tapşırığı deyil. Onları ya MİS-lər, ya da digər qurumlar işlədirlər. Lakin çoxunun əynində BŞİH-nin forması olduğunu xatırladanda qurum rəsmisi bir daha israrla bildirdi ki, bu barədə Bakı Meriyası xəbərsizdir.

"Ola bilər bu hansısa rayonun icra hakimiyyətinin işçiləridir. BŞİH-nin texnikaları yolları təmizləməyə hazırdır. Qışa lazım olan bütün hazırlıqlar görülüb”, - deyə Nailə Məmmədova bildirdi.

Ziya Babayev
BAKU.WS