Mənzil-istismar təşkilatlarının funksiyası ləğv edildi

01
mar
2019
10:59
Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, Baş nazir yeni qərarla əvvəlki qərarın 3-cü hissəsinin “a” bəndi ləğv edir.Qeyd edək ki, bu bənd qismən özəlləşdirilmiş çoxmənzilli evlərdə bu evlərə xidmətin (evin bütün mənzillərinin özəlləşdirilməsinə qədər) evlərə özəlləşdirmədən əvvəl xidmət etmiş dövlət mənzil-istismar təşkilatları tərəfindən həyata keçirilməsini nəzərdə tuturdu.BAKU.WSOxşar xəbərlər
“Güzəştli mənzil”lərdən kimlər ev aldı? – RƏSMİ AÇIQLAMA
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçimi etmiş vətəndaşlara dair statistik məlumatları açıqlayıb.Rəsmi məlumata...
